Şəxsiyyəti pulla almaq

19 Mart 2017, 01:13
AAA
 Leyla Namazova
 
Bir gün müəllimə şagirddən soruşur: "Oğlum, sən niyə oxumaq istəmirsən? Niyə biliyə, savada yiyələnməyə həvəs göstərmir, öz üzərində işləməkdən imtina edirsən? Əgər yaxşı oxusan, müəllimlərin tövsiyələrinə əməl etsən, gələcəkdə böyük bir şəxsiyyət ola bilərsən...”
 
Uşağın cavabı belə olur: "Müəllimə, mənim biliyim, savadım, təhsilim ata-anamdır. Onlar özləri bir şəxsiyyətdirlər. Mənim şəxsiyyət olmağım bir o qədər də vacib deyil. Bir də ki, siz narahat olmayın, istəsəm də, istəməsəm də onlar məni şəxsiyyət edəcəklər. Nəyimə lazımdır oxuyub gözlərimi xarab edim? Böyüyəndə valideynlərim məni Londonda oxudacaqlar. Hələlik öz kefimə baxım. Mənimki əyləncədir, kef məclisləridir, atamın verdiyi ətək-ətək pullardır.
 
Atam deyir ki, nəyimiz varsa, hamısı sənindir, canımız da malımız da sənə qurban. Mən 100 il yeyib-içsəm, gecə-gündüz o pulları xərcləsəm, yenə qurtaran deyil”.
 
Müəllimə təəccübünü gizlədə bilmədi: "Allah, sən saxla, 60 yaşa çatmışam, birinci dəfədi 15 yaşlı uşaqdan belə sözlər eşidirəm.
 
Dəhşətdir, vallah! Uşaq atasının puluna, vəzifəsinə ümidli olduğu üçün yazıb-oxumur, öz üzərində işləmir. Görəsən, zəmanə dəyişib, yoxsa mən qocalmışam? Görəsən, pulla, var-dövlətlə şəxsiyyət olmaq mümkündürmü?
 
Bəs, bu adam gələcəkdə camaatın arasına çıxanda nə danışacaq? Ağzını açanda insanlar onun kütbeyin olduğunu anlamayacaqlarmı? Tutaq ki, özü uşaqdır, başa düşmür. Valideynləri niyə övladlarının savadsız olmağına göz yumurlar? Yoxsa küt uşaqla fəxr edirlər? Görəsən, valideyn övladına yaxşı təhsildən, düzgün tərbiyədən qiymətli nə verə bilər?”
 
Müəllimə bu sualların əlində girinc qalmışdı. Uşaq isə sinif otağını çoxdan tərk etmişdi. Müəllimə ilə şagirdin arasında böyük bir boşluq vardı. Qoca pedaqoq bu boşluqda boğulurdu... 

Oxunma sayı : 3389

Loading...
SON XƏBƏRLƏR
Könüldən barışıq addımı: "Bu gün də görsəm, qucaqlayıb öpərəm" - FOTO - 26 İyun 2017, 23:32
Makiyajsız və selülitli İrem Derici - fotolar - 26 İyun 2017, 22:22
Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib - 26 İyun 2017, 21:43
İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək - 26 İyun 2017, 21:03
Xalq artistlərinin qohumu faciəvi şəkildə öldü - 26 İyun 2017, 20:34
Hindistanda dörd əli və dörd ayağı olan uşaq doğulub - VİDEO - 26 İyun 2017, 19:59
Gəncədə minaatan mərmisi aşkarlanıb - 26 İyun 2017, 19:34
Salvador Dalinin qəbri açılacaq - 26 İyun 2017, 18:58
Azərbaycanlı deputat iclasında ermənilərin iddialarına sərt reaksiya verib - 26 İyun 2017, 18:20
Oksana Natavanla barışmaq niyyətində olmadığın dilə gətirib - 26 İyun 2017, 17:59
Küt alətlə mağaza sahibini döyən şəxs ona çoxsaylı bədən xəsarətləri yetirib - 26 İyun 2017, 17:27
"Hər çəkilişdən sonra halım pisləşir" - Hacı Nuran - 26 İyun 2017, 16:57
Bakıda top mərmisi tapılıb - 26 İyun 2017, 16:38
Bakıda turist öldü - 26 İyun 2017, 16:15
Hansı müğənnilərin banka borcu var? - SİYAHI - 26 İyun 2017, 15:46
"Formula 1"-ə görə bağlanan yollar bu tarixdə açılacaq - RƏSMİ - 26 İyun 2017, 15:36
Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var - 26 İyun 2017, 15:18
Afrika qaçqını 10 yaşlı azərbaycanlı qızı zorladı - 26 İyun 2017, 15:10
Qənirə Paşayeva Malavinin sabiq prezidenti ilə görüşüb -FOTO - 26 İyun 2017, 14:55
Formula 1 üzrə Azərbaycan Qran Prisi zamanı iki iddialı pilot arasında münaqişə baş verib - VİDEO - 26 İyun 2017, 14:30
Bakıdakı bu şirkətin ayaqaltı xalçaları tənqid edildi - fotolar - 26 İyun 2017, 13:55
Azərbaycanın xalq artisti vəfat etdi - 26 İyun 2017, 13:29
Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək - 26 İyun 2017, 12:59
Aygün Kazımova onunla duet oxumağa razı olmadı- video - 26 İyun 2017, 12:32
Xərçəng xəstəsi özünü öldürdü - 26 İyun 2017, 11:51
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib - 26 İyun 2017, 11:15
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 155 dəfə pozub - 26 İyun 2017, 10:51
Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınıb - 26 İyun 2017, 10:31
Bakıda 22 yaşlı model qız tanınmış klinikada estetik əməliyyatdan sonra öldü - FOTOLAR - 25 İyun 2017, 22:41
Preizdent ailəsi ilə "Formula 1" yarışını izləyir - 25 İyun 2017, 17:10
Gəncədə kişi peraşkidən zəhərlənərək ölüb - 25 İyun 2017, 16:58
Tovuzda qadın özünü qatarın altına atdı - 25 İyun 2017, 16:53
Tovuzda həkim və tibb bacısı döyülüb – TƏFƏRRÜAT - 25 İyun 2017, 14:31
Türkiyənin axtardığı şəxs yaxalandı - BAKIDA ƏMƏLİYYAT - 25 İyun 2017, 14:03
Bakının mərkəzində qadınlar arasında DAVA - 25 İyun 2017, 13:54
Bu dəfə arvad ərini döydü - 42 yaşlı kişi xəsarət aldı - 25 İyun 2017, 13:35
Kafedə Pakistan vətəndaşını döydülər - BAKIDA - 25 İyun 2017, 13:13
Bayram günlərinin hava proqnozu açıqlandı - 25 İyun 2017, 12:59
Polisə 300 min təklif edən azərbaycanlı biznesmen cəzalandırılacaq - 25 İyun 2017, 12:30
Bakıda biznes mərkəzində faciə: ölən var - 25 İyun 2017, 10:53
Dilqəm ailəsinə məktub yazmaqdan imtina edib - 25 İyun 2017, 10:38
Bakı dünyanın ən ucuz şəhərləri arasında - SİYAHI - 25 İyun 2017, 10:32
Altı yaşlı oğlan bacısını güllələdi - 25 İyun 2017, 10:31
Ərdoğan huşunu itirdi, həkimlər müdaxilə etdilər - 25 İyun 2017, 10:21
Cəhbədə növbəti erməni təxribatı: minaatanlardan 10 mərmi atıldı - 25 İyun 2017, 10:20
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10