Tamara Muradova: "Mənə paxıllıq edənlər çoxdur" - MÜSAHİBƏ

25 Noyabr 2016, 14:33
AAA
AZXEBER.COM-un müsahibi ölkəmizlə yanaşı Türkiyədə də bir çox uğurlara imza atan, gənc müğənni Tamara Muradovadır.

- Tamara xanım, bu aralar vaxtınız çox azdır. Bu nə ilə bağlıdır?
- Qarşıda bir neçə səfərlər və tədbirlərim var.  Bu səbəbdən demək olar ki, bütün günü məşqlərdəyəm. Başım qarışıqdır hazırda. Bir yandan da dərslərim var. Bu barədə çox danışmaq istəmirəm. Əvvəldən danışmaqdan qorxan insanlardanam. Birdən alınmaz və yaxud dəyişiklik olar səhv məlumat vermiş olaram.

- Bir çox gənc müğənnimiz kimi sizin də "O səs Türkiyə” səs yarışmasında iştirakınız olub. Bu yarışmadan sonra fəaliyyətinizdə hər hansı bir dəyişiklik oldumu?
- "O səs Türkiyə” yarışından əvvəl 2009-cu ildə "Xalq Ulduzu”nda iştirak etmişəm. Orda finala qədər yüksəldim. Azərbaycanda o müsabiqə sayəsində tanındım. Bundan sonra Türkiyədə yarışa qatıldım. Orada 3-cü turda müəyyən səbəblər üzündən yarışdan ayrıldım. İstədiyim mahnını ifa edə bilmədim. Sezen Aksunun "Yalnızlıq” simfoniyasını oxumaq istəyirdim. Dedilər ki, o artıq oxunub. Bu səbəbdən istədiyim performansı göstərə bilmədim. Düşünürəm ki, bundan da yaxşı ola bilərdi. Əlbəttə müsabiqədə birinci olmaq önəmli deyil. Əsas ondan sonrakı fəaliyyətdir. Mən də çalışıram ki, yaradıcılığımda müəyyən yeniliklər olsun. Müsabiqənin mənə köməyi o oldu ki, daha böyük kütlədə tanındım. Yalnız Azərbaycanda deyil başqa ölkələrdə də çox tanındım. Qeyd etmək istəyirəm ki, mən axısxa türküyəm. Axısxa türklərində də müğənni çox azdır. Yəni ortaya çıxa bilən çox az ifaçı var. Bu da mənim üstünlüyümdür.

- Yarışmadan sonra hansı ölkələrə dəvətlər aldız?
- Qeyd etmək istəyirəm ki, mən axısxa türküyəm. Axısxa türklərində də müğənni çox azdır. Yəni ortaya çıxa bilən çox az ifaçı var. Bu da mənim üstünlüyümdür. Mən yarışdan sonra xaricdən çox dəvətlər alıram. Amerikaya, Rusiyaya və bir sıra ölkələrə dəvətlər aldım. 

Sizcə gənc müğənnilərimiz nəyə görə məhz "O səs Türkiyə” yarışmasına qatılır. Başqa yolla tanınmaq olmur?
- Əlbəttə də ki, mümkündür amma ən rahat yol budur.  Müsabiqələr olmadan çox çətindir üzə çıxmaq. Təbii ki, istedad varsa, o bir gün üzə çıxacaq. Məncə müsabiqələr çox yaxşıdır. Mən də sevinirəm ki, yolum bu müsabiqədən keçib.

- Azərbaycanda normal müğənni olmaq üçün nə etmək lazımdır?
- İlk olaraq sənətin olmalıdır. Musiqini dərk etmək lazımdır. Bilməlisən ki, nə oxuyursan. Həmçinin yaxşı repertuarında olmalıdır. Üzərində çalışmaq lazımdır. Əminəm ki, gec-tez istedadını hər kəs görəcək və qəbul edəcək.

- Neçə ildir ki sənətdəsiz. İfanızda gözəldir. Amma nədənsə çox az tanınırsız buna səbəb nədir?
Mən öz üzərimdə çalışıram, qalmaqaldan uzağam. Bundan sonra inanıram ki daha çox görünərəm. Efirlərə çıxanda da çalışıram danışmaqdan çox, oxuyum.

- Bu aralar Kral TV-də klipiniz gedir.Türkiyə şou- biznesinə qatılmaq üçün madiyyat əsasdır. Necə oldu ki, Kral TV-yə çıxış əldə etdiniz?
- Mənə Türkiyədən çoxlu təkliflər  gəlirdi. Ordan bir şirkətlə anlaşma qurduq. Klipimdə bəyənildi. Beləcə o şirkət vastəsi ilə Kral Tv-də klipim yayımlandı. Hazırda isə albom üzərində işləyirik. Yaxın gələcəkdə pərəstişkarlarım üçün yeni suprizlərim olacaq. Mən əvvəldən çox şeyi danışmaq istəmirəm. Hər şey reallaşsın bundan sonra hər kəs görəcək fəaliyyətimi. 

- Mətbuatda da çox az görünürsiz. Hətta deyərdim ki, saytlara müsahibəniz olmayıb.
- Sözün açığı dəvət alanda və təklif gələndə qiymətləndirirəm.  Baxıram hara gedirəm. Məsələn, hər verlişə çıxmıram. Elə verlişlərdə oluram ki, mən orda ifamla, səsimlə, sənətimlə özümü göstərə bilim. Belə verlişlərdə çox deyil. Bacardığım qədər, vaxt çərçivəsində gedirəm. 

- Müğənnilərin toya getməsinə münasibətiniz necədir? Əsl sənət adamı toya gedərmi?
- Normal qarşılayıram müğənninin toya getməsini. Mən deyə bilmərəm müğənni toya getməsin. Bu bizim işimizdir.

- Siz gedirsiz toylara? 
- Düzü mən toyları da seçib gedirəm. Daha çox yaxınlarımın, dostlarımın, mənə doğma olan insanların toyunda iştirak edirəm. Çox uzağa gedən deyiləm. Dəfələrlə rayonlardan dəvətlər gəlib, imtina etmişəm. Seçiciyəm. 

- Şou-biznesdə belə bir deyim var ki "sponsorsuz” qabağa getmək mümkün deyil. 
- O cür "sponsor”lar çoxdur. Mən şöhrət qazanmaq üçün, tanınmaq üçün heç vaxt bu yollardan istifadə etmərəm. Mənim öz həyat prinsiplərim var. Bəzi yollar var ki, nəyəsə görə onları etmərəm. Allah etməsin ki, dırnaqarası "sponsor”um olsun. 

- Sizdən hansı yenilikləri gözləyək?
- Albom üzərində çalışıram. İstəyirəm gördüyüm iş mükəmməl olsun. Mahnıları da özüm seçirəm. Tam ruhuma yatan bir mahnı olmasa, onu oxumuram. Bəstəkarlardan çox təkliflər alıram. Amma ürəyimə yatmayan mahnını oxumuram.  Çox seciciyəm. "Gidiyorum”  mahnısının albomu çıxdı. Onun musiqisi uşaqlıq dostum Mədinə Abdulovanın, sözləri Dilbər Güngördünündür. Düşünürəm ki, bu mahnı sevilir. Bundan sonra da oxuyacağım mahnılar istəyirəm ki, bu səviyyədə, bundan da yüksək olsun. 

- Bu işlərdə sizə kimsə köməklik edir?
- Mənə Dilbər xanım çox köməklik edir. O həm də mənə maddi dəstək olur. Müəllimlərimdən də çox dəstək alıram. Xalq artistləri Səkinə İsmayılova, Azər Zeynalov. Bu cür peşəkarlardan dərs alıram. Hər zaman onlarla məsləhətləşirəm. Ailədə də ən böyük dəstəkçim atam, anamdır. 

- Sənət yoldaşlarınızdan sizə paxıllıq edən var?
- Mənə paxıllıq edənlər çoxdur. Həm də mən bunu çox yaxşı hiss edirəm. Hiss edirəm kim mənim paxıllığımı çəkir, kim səmimidir, kim qeyri-səmimidir. Paxıl insanları qətiyyən anlaya bilmirəm. Xüsusilə bu hiss əsasən xanımlar arasında yayılıb. Məndə bu hiss demək olar ki, heç vaxt olmayıb. Gözəl ifa, gözəl səs görəndə mən şəxsən heyran oluram. Mən heç vaxt buna paxıllıq etmirəm. Çoxlarında bu yoxdur. Kimsə bir az qabağa getdi, öz baxışları ilə belə o neqativliklərini, paxıllıqlarını göstərirlər. Mən fikirləşirəm ki, paxıl insanlar rahat yaşaya bilmirlər. Mənim uğurlarıma paxıllıq edən çoxdur. Adlarını çəkməyəcəm, mən heç onlara fikir də vermirəm. Sənətimlə bağlı demək olar ki, çox dostum yoxdur. Səbəb də paxlıllıqdır. 

- Hamı sizə paxıllıq edir?
- Əlbəttə ki, xeyr. Bütün bunlarla yanaşı məni sevən və mənim sevdiyim dostlarımda var. Hansı ki, onlar mənim, mən də onların uğurlarına sevinirəm. Məsələn bu yaxınlarda sosial şəbəkələrdə oxuduğu mahnı rekord izləmə sayı qazanan Çinarə Məlikzadə. O mənim yaxın dostum olmaqla yanaşı, ən çox sevdiyim, dinlədiyim ifaçılardandır. Çox istedadlı xanımdır. Mən fikirləşirəm ki, sənətdə təvazökar olmalısan və sənət yoldaşlarının uğurlarına sevinəsən. 

- Etiraf edək ki, şou-biznes adamları bəzən ciddi qəbul edilmir. Sizcə bu sahəni dəyərdən salan nədir?
- Bir çox səbəblər var. Ancaq ən əsası sənəti olmayan bir çoxlarının bu sahədə olmasıdır. Sənəti olanlar yalnız sənətlə məşğul olurlar, onların əlavə nəsə etməyə ehtiyacı olmur. Amma sənəti olmayanlar yadda qalmaq üçün qalmaqal edirlər, yəqin ona görə də ciddi qəbul olunmurlar.
 
Dursun, AZXEBER.COM
 


Oxunma sayı : 2223

Loading...
SON XƏBƏRLƏR
Oliqarxların milyonluq villaları satışa çıxarıldı - Böhran Bakıda ev-ev gəzir - 23 Aprel 2017, 18:00
Azərbaycanlı holdinq rəhbərinin qızından yeni FOTOLAR - 23 Aprel 2017, 17:51
Ruhi barəsində yazılanlara aydınlıq gətirdi: "Etdikləriniz məni qətiyyən narahat etmir" - 23 Aprel 2017, 17:38
Vüqar Rəhimzadə: "Möhtərəm Prezidentimizin vurğuladığı tezislər gələcək inkişaf strategiyasının prioritetləridir" - 23 Aprel 2017, 15:17
Aygün Kazımovanın qızı İlqarə əməliyyatdan sonra belə oldu - VİDEO - 23 Aprel 2017, 15:06
Şirvanda əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi - 23 Aprel 2017, 15:00
Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ - 23 Aprel 2017, 14:21
İqbal Ağazadənin çıxışı Nuranı hiddətləndirdi: "Ən böyük rüşvətxor efirlərdədir" - 23 Aprel 2017, 14:19
Ətin qiyməti qəfil ucuzlaşdı - 23 Aprel 2017, 14:15
Aygün Kazımova küsülü olduğu Röya haqqında nələr dedi? - 23 Aprel 2017, 14:02
Mətanətin iki dəfə nişanı qayıdan qızı türk oğlanla nişanlandı - FOTO - 23 Aprel 2017, 14:01
Bu da Aysel və Oqtayın yeni - videosu - 23 Aprel 2017, 13:30
Tağı Əhmədovun nəvəsinin toyu oldu: TOYDAN VİDEO - 23 Aprel 2017, 12:59
Sevil Nuriyeva TRT-nin canlı yayımında Ermənistanın işğalçı siyasətindən danışdı - VİDEO - 23 Aprel 2017, 12:45
Dollar bu gün neçəyədir? - 23 Aprel 2017, 12:30
Azərbaycanda 2 telekanalın yayımı dayandırıldı - 23 Aprel 2017, 12:24
Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu -VİDEO - 23 Aprel 2017, 11:37
Sarayda "Mercedes" yandı - 23 Aprel 2017, 10:58
İşçilərə ən yüksək maaş verən ölkələr - SİYAHI - 23 Aprel 2017, 10:33
Cəbhədən yeni xəbər - Ermənilər 16 mərmi atdılar - 23 Aprel 2017, 10:24
Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu - 23 Aprel 2017, 00:59
"Rəna, evli adamam, gecə mənə yığma..." - Zaur onu rüsvay etdi - VİDEO - 23 Aprel 2017, 00:37
Dövlət idarəsinin qadın rəisini iş otağında kim öldürüb? - 22 Aprel 2017, 20:40
İlkinin nişanlısının xınasından - FOTOLAR - 22 Aprel 2017, 20:34
1 milyard dollar oğurlayan deputat oğlu: "Anam alkaqolik idi..." - 22 Aprel 2017, 17:43
“Balaca” məmur Şükürovun çox böyük əməlləri: keçmiş quda bütün sirləri açdı - 22 Aprel 2017, 17:16
Bakıda metro pulsuz olacaq - 22 Aprel 2017, 17:06
Mehman Hüseynov hansı həbsxanaya köçürüldü? - Vəkil açıqladı - 22 Aprel 2017, 15:28
Azərbaycana gətirilən bu mallar rüsumdan azad edildi - 22 Aprel 2017, 15:01
Telman İsmayılov şikayət etdi - 22 Aprel 2017, 14:54
Sabah hava necə olacaq? - Güclü külək, şimşək, dolu... - 22 Aprel 2017, 13:38
Bakıda üzərində qumbara olan şəxs tutuldu - 22 Aprel 2017, 13:30
Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD - 22 Aprel 2017, 13:22
Səsi ilə məşhurlaşan biləsuvarlı çobana inanılmaz təklif - 22 Aprel 2017, 13:15
Bakıda qadın paltar asarkən yıxılaraq öldü - 22 Aprel 2017, 13:10
Ərəb turist 16 yaşlı qızı cinsi əlaqə üçün otelə gətirdi: aləm bir-birinə dəydi - Bakıda ŞOK-VİDEO - 22 Aprel 2017, 12:49
Mətanət İsgəndərlinin qızı 3-cü dəfə kimə ərə gedir? - FOTO - 22 Aprel 2017, 12:40
"Ərim onunla görüşdüyümü bilirdi, amma vecinə deyildi" - Sevgilisi oğlunu öldürən qadın - 22 Aprel 2017, 12:29
Bakıda məktəbli qıza görə 2 nəfəri güllələyənlər tutuldu - 22 Aprel 2017, 12:17
Türkiyədə qanlı döyüşlər: 5 hərbçi öldü - 22 Aprel 2017, 11:00
Bu ölkədə 30 yaşda evlənib, 40 yaşda boşanırlar - 22 Aprel 2017, 10:50
Bakı bazarında çiyələyin kilosu 5 manata, alçanın ədədi 15 qəpiyə - VİDEO - 22 Aprel 2017, 10:32
"İslamiadada 12 min polis asayişi qoruyacaq" - Ramil Usubov - 22 Aprel 2017, 10:30
ATV-də lağa qoyulan gənc YAP-ın fəal üzvü imiş: "İndi əsgərlikdədir" - 22 Aprel 2017, 00:33
Bürclər - 22 APREL - 22 Aprel 2017, 00:18
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10