Təbriz və Ərdəbildən olan olan media rəhbərləri Cocuq Mərcanlıda

20 Mart 2017, 10:00
AAA

 

Türkiyədən media rəhbərləri, Təbriz və Ərdəbildən olan aydınlar Novruz bayramını işğaldan azad edilmiş Cocuq Mərcanlıda qeyd ediblər.

 

AZXEBER.COM Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda olan Türkiyənin bir qrup tanınmış media qurumunun və jurnalist təşkilatlarının rəhbərləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Antalya Jurnalistlər Cəmiyyətinin, Akdəniz Jurnalistlər Federasiyasının (AJF) sədri və Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun müavini Mövlud Yeninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri "Qarabağdan Türk dünyasına könül körpüsü:Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” layihəsi çərçivəsində həyata keçirilib.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, deputatlar Qənirə Paşayeva və Astan Şahverdiyev tərəfindən Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər, dağıdılan yaşayış məntəqələrinin vəziyyəti barədə ətraflı məlumat verilib. Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyə media nümayəndələrinə keçən ilin aprel döyüşlərində Azərbaycan ordusunun Lələtəpə yüksəkliyini Ermənistanın işğalından azad etməsi və bu döyüşlərdə Azərbaycan əsgər və zabitlərinin torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıqlardan danışıb. O, bildirib ki, bu döyüşlərdə Azərbaycan ordusunun qələbəsi bir daha dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqedə olmasını, işğal altında olan digər torpaqlarımızı da azad etmə gücündə olduğunu göstərdi. Aprel döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ruhuna dualar oxundu. Qonaqlara həmçinin Azərbaycan Respublikası Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən, ərazidə aparılan minatəmizləmə əməliyyatları və tikinti işləri barədə məlumat verildi. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlara məlumat verərək bildirilər ki işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda artıq sürətlə yenidənqurma işləri gedir. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası planlaşdırılır.

 

Dağıdılmış yaşayış evlərinin vəziyyəti, eləcə də kənddə gedən yenidənqurma işləri ilə tanış olan qonaqlar daha sonra 24 ildir Cocuq Mərcanlıda atəş altında yaşayan yeganə ailə, Oqtay Həziyevin evinə baş çəkiblər, ailəni Novruz bayramı münasubəti ilə təbrik etdilər. Ailə üzvləri ilə bayram süfrəsi arxasında söhbət zamanı millət vəkili Qənirə Paşayeva Türk dünyasının əziz bayramı olan Novruz bayramını qardaş Türkiyədən, Təbrizdən, Ərdəbildən olan aydınlarla birlikdə məhz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qeyd edilməsinin gözəl hadisə olduğunu vurğuladı. O qeyd etdi ki, Türkiyədən gələn jurnalistlərin Cocuq Mərcanlı kəndinin işğaldan azad əvvəlki vəziyyəti və yenidənqurma işləri ilə tanışlığı Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha çatdırılması ilə bərabər, dünya ictimaiyyətinə çatdırılmasına öz tövhələrini verəcək. 80 yaşlı Minarə Həziyeva qonaqlara bildirdi ki, bu bayramı Cocuq Mərcanlıda keçirməsinə görə sevinclərinin həddi-hüdudu yoxdur. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qeyd etdi ki, Oqtay Həziyevin ailəsi xalqımızın öz doğma torpağına necə bağlı olduğunu bütün dünyaya göstərib. Daha sonra qonaqlar Cocuq Mərcanlıda bayram adət-ənənələrinə uyğun olaraq, Novruz tonqalı qalayıblar.

 

Oxunma sayı : 506

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi - Həkimlər iynə vurmadığı üçün öldü - 19 Avqust 2017, 18:14
“Sahil”in bağlanacağı vaxt açıqlandı: 10 ay işləməyəcək - 19 Avqust 2017, 17:58
Ölüm xəbəri çıxan Faytonçu Nazim danışdı – "Sağ-salamatam" (VİDEO) - 19 Avqust 2017, 14:08
İstirahət günü hava necə olacaq? - 19 Avqust 2017, 12:58
Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO - 19 Avqust 2017, 11:23
DİN: Avtobus sürücüsünə silah çəkən şəxsin kimliyi tam müəyyənləşib - 19 Avqust 2017, 11:01
Bərdədə 7 yaşlı uşağın ölüm səbəbi bəlli oldu - 19 Avqust 2017, 10:56
Mingəçevirdə naməlum kişi meyiti tapılıb - 19 Avqust 2017, 10:41
Cəbhədən YENİ XƏBƏR - 19 Avqust 2017, 10:38
Məşhur avtoritet Lənkəranskinin qəbri üstündə - 19 Avqust 2017, 10:31
Ağstafada camış qadına ağır xəsarət yetirdi - 19 Avqust 2017, 10:25
""Faytonçu" Nazim ölməyib, sağ-salamatdır" - Açıqlama - 19 Avqust 2017, 10:24
Bakıda qızıgilə gedən qadın yolda döyüldü - 19 Avqust 2017, 10:14
Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıldı - 19 Avqust 2017, 10:08
Zığ şosesində qəza: yaralanan var - 19 Avqust 2017, 10:00
Faytonçu Nazimin ölüm xəbəri yayıldı - 19 Avqust 2017, 09:20
Namiq bu dəfə ARB-də layihə edəcək - fotolar - 18 Avqust 2017, 23:48
Bərdədə 7 yaşlı uşaq dünyasını dəyişib - 18 Avqust 2017, 22:07
3 yaşlı qızı oğurladılar - 18 Avqust 2017, 21:50
Rusiyanın ilk prezidentinin avtomobili satışa çıxarılıb - 18 Avqust 2017, 21:05
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb - 18 Avqust 2017, 20:15
Prezidentdən 4 qəsəbəylə bağlı sərəncam - 5,78 milyon ayrıldı - 18 Avqust 2017, 19:11
Zaqatalada ev yanıb - 18 Avqust 2017, 19:06
"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin - 18 Avqust 2017, 17:55
Ağdaşda güclü yanğın: xəsarət alanlar var - 18 Avqust 2017, 17:48
Prezident Xəzər rayonuna pul ayırdı - 18 Avqust 2017, 17:34
22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi - 18 Avqust 2017, 17:22
Dolların qarşıdakı üç günə olan məzənnəsi açıqlandı - 18 Avqust 2017, 17:16
Çağırışa gedən təcili tibbi yardım həkimi döyüldü - 18 Avqust 2017, 17:05
Yüksək vəzifəli məmur vəfat etdi - 18 Avqust 2017, 16:34
Tələbə qızdan əl çəkməyən 8 uşaq atası: "Bir gün məndən yazacaqlar" - 18 Avqust 2017, 16:16
Gənclər təşkilatı Aran regionunda intellektual birinciliyə start verdi - 18 Avqust 2017, 15:44
"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən Ermənistana cavab - 18 Avqust 2017, 15:20
Prodüser Təranə: "Renka sevgilisinə xəyanət edirdi" - 18 Avqust 2017, 15:16
Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam” - 18 Avqust 2017, 14:47
"Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - Göygöldə arvadını və qaynanasını öldürən - 18 Avqust 2017, 14:33
Ərəb qadının "Park Bulvarda" başına gələnlərlə bağlı AÇIQLAMA - 18 Avqust 2017, 14:29
Sürücülərin nəzərinə: “Led” işıqları təhlükəlidir - 18 Avqust 2017, 13:43
Ərdoğan Azərbaycana gələcək - 18 Avqust 2017, 13:21
"Mahir Mədətov yaxşıdı, Əfran isə..." - Bakı sakinləri Azərbaycan futbolundan danışdılar (VİDEOSORĞU) - 18 Avqust 2017, 13:05
Qubada iki övlad atası baltalandı - 18 Avqust 2017, 12:57
Əflatun Amaşov “Turan”dakı yoxlamalardan danışdı - 18 Avqust 2017, 12:54
Baş nazirin müavini Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə - özü payızda könüllü istefa verəcək - 18 Avqust 2017, 12:34
Arvadını və qaynanasını öldürən şəxs təslim oldu - Göygöldə dəhşət - 18 Avqust 2017, 12:30
Renkadan Təranəyə cavab: "O qadın o bədəni ilə dənizə girəndə adam utanır” - 18 Avqust 2017, 12:17
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10