21:46 Cümə, 15 Dekabr 2017
DÜNYA

Türkiyənin müxalifət partiyası seçkiyə Zeynəb Xanlarovanın mahnısı ilə gedir - VİDEO

14:26, 17.03.2017748
Türkiyənin müxalifət partiyası seçkiyə Zeynəb Xanlarovanın mahnısı ilə gedir - VİDEO
Türkiyədə referendum öncəsi təbliğat-təşviqat prosesi davam edir.
 
İstiPress-in məlumatına görə, partiyalar öz mövqelərini seçicilərə müxtəlif videoçarxlar, şüarlar və mahnılarla çatdırmağa çalışırlar.
 
Kamal Kılıçdaroğlunun rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı diqqəti çəkib. Təbliğat mahnısının melodiyası müəllifi Ələkbər Tağıyev olan "Sənə qurban” ("Sən Müşfiqin yanında...”) mahnısı ilə eynidir. Sözləri dahi şairimiz Mikayıl Müşfiqə aid olan və ilk dəfə xalq artisti Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz bu mahnı məhz onun sayəsində bütün dünyada məşhurdur. Bu musiqi əsasında türklərin məşhur "Mavi Boncuk" ("Mavi Muncuq") mahnısı da yazılıb. Mahnının sözləri Ülkü Akere məxsusdur.
 
Türkiyədə hələ də insanların əksəriyyəti mahnının əsl müəllifinin azərbaycanlı olmasından xəbərsizdir.
 

 

0
XƏBƏR LENTİ