"Xahiş etsəm Tramp mənimlə görüşər, amma tozanaq qopar..." - Azərbaycanlı oliqarx

24 Yanvar 2017, 14:31
AAA
ABŞ-ın yeni prezidenti Donald Tramp özünün inauqurasiya nitqində "yeni ittifaqlar” quracağını deyərkən Rusiyanı nəzərdə tuturdu. Lakin o, Rusiya ilə münasibtləri düzəldə bilmək üçün əvvəlcə öz hakimiyyətini möhkəmləndirməlidir.

Bu haqda 2013-cü ildə Donald Trampla birlikdə Moskvada "Dünya gözəli” müsabiqəsini keçirmiş azərbaycanlı oliqarx-milyarder Araz Ağalarov "Komsomolskaya Pravda” qəzetinə müsahibəsində danışıb.

"Aydın məsələdir ki, Trampa güclü təzyiq var, onlar hələ hakimiyyətdə möhkəmlənməyiblər. Ona görə də onun komandasının dedikləri gələcəkdə edəcəkləri ilə tam uyğun gəlməyə bilər...Əgər heç bir impiçment və ya hansısa başqa axmaqlıqlar baş verməsə, Tramp əsas postlara öz adamlarını yerləşdirə bilsə situasiya prinsipcə, dəyişə bilər”-Araz Ağalarov deyib.


Azərbaycanlı oliqarxın fikrincə bu proses azı yarım il çəkməlidir. Ancaq onun fikrincə Rusiya Trampdan nəsə gözləməli deyil. "Əsas odur ki, bizə zərər vurmasınlar, biz ancaq öz gücümüzə arxalanıb irəli getməliyik”-o bildirib. Ağalarovun sözlərinə görə, Tramp praqmatik adamdır, dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, əlaqələri düzəltmək istəyir.

İş adamı bildirir ki, Trampla, yaxud onunla bağlı olan biznes strukturlarla əlaqələri bərpa etmək haqda düşünmür. "İndi bilirsiniz vəziyyət necədir? Orada situasiya elədir ki, hansısa keçmiş biznes-partnyorların ortaya çıxması aranı qarışdıracaq. İndi orada hər şey diqqətlə araşdırılır. Tutaq ki, Trampa nə vaxtsa işləmiş hansısa indus ortaya çıxdı- o saat bütün mətbuat partlayacaq: budur, Tramp özünün köhnə əlaqələrindən istifadə edir, hansısa biznes qurmaq istəyir və s. Aydın məsələdir, o, sözünü tutan adamdır. Yəni əgər mən görüşməyi xahiş etsəm fikrimcə etiraz etməz. Lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm. Çünki onların bütün mətbuatı seçkilərə qədər Trampı Kremllə əlaqələndirmək üçün mənim onunla fotolarımı dərc edib. Və indi "bunu təsdiqləyərək” mən haradasa onunla birgə peyda oluram...Daha betər olardı ki, Ağ Evdə. Bütün qəzetlər tozanaq qoparacaq. Ona görə də gözləmək lazımdır, gələcək göstərəcək”-azərbaycanlı oliqarx bildirib.


Ağalarov jurnalistin sualına cavab olaraq deyib ki, hələlik Rusiya XİN, yaxud digər strukturlar Trampla tanışlığına görə onunla əlaqə saxlayıb nəsə kömək istəməyiblər. "Fikrimcə mən Trampla işləyən tək adam deyiləm. Tramp bura 1980-ci illərdən gəlib-gedirdi və yəqin ki, məndən başqa da kimlərisə tanıyır”-iş adamı qeyd edib.

Bu arada ABŞ-ın "The Daily Beast” nəşri 2013-cü ildə "Dünya gözəli” müsabiqəsinin təşkili zamanı Trampla birlikdə olan moskvalı gözəlçə, iş adamı Yuliya Alferova ilə əlaqə saxlayıb. O deyir ki, Trampın Moskvada fahişələrlə əylənən yerdə çəkilmiş videogörüntülərinin olduğuna inanmır. "Mən əminəm ki, Trampın fahişələrlə heç bir videogörüntüləri yoxdur. O, Moskvada olanda hər xırda detala fikir verirdi, çünki nəzərə alırdı ki, bizim ölkələrimiz arasında ciddi gərginlik var”-Alferova bildirib.


Bəs birdən kimsə gələcək Amerika prezidentini izləyibsə və hansısa oteldə onun fahişələrlə görüntülərini çəkibsə onda necə olsun? Alferova əvvəlcə gözlərini döyür, sonra deyir: "Buna görə məsuliyyəti Trampın mühafizəçiləri daşımalıdır, biz yox”.

2013-cü ildə Trampın Moskvada olarkən qaldığı "Ritz Carlton” otelinin trenajor zalına tez-tez baş çəkən jurnalist və elit tusovkalarda sayılıb-seçilən gözəlçə Kseniya Sokolova isə deyir ki, Trampın oteldə fahişələrlə əyləndiyinə inanmır. "Mən özüm Trampla "Ritz Carlton”da yatmamışam”-Sokolova deyir.

Lakin siyasi texnoloq , "Dojd” telekanalının aparıcısı Stanislav Belkovski bununla razılaşmır: "Yerli fahişələr deyirlər ki, Trampın fahişələrlə "qızıl yağış” orqiyası təşkil etməsi doğrudur...”
 
///Virtualaz.org


Oxunma sayı : 9981

Loading...
SON XƏBƏRLƏR
Rusiyada azərbaycanlı taksi sürücüsü öldürüldü - 28 Mart 2017, 17:44
“Bizim Market” şəbəkəsinin şəriki məhkəmə qarşısında: 2 milyon manatlıq yeyinti - 28 Mart 2017, 17:43
“Qarabağ problemi hər bir türk insanının problemidir” - Qənirə Paşayeva - 28 Mart 2017, 17:41
Sabaha məzənnə açıqlandı - Dollar bahalaşdı - 28 Mart 2017, 17:34
"Seyranın keçmiş həyat yoldaşı ilə yazışmalarım var, ailəsini mən dağıtmamışam" - 28 Mart 2017, 17:28
“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir - 28 Mart 2017, 17:26
“Playboy”un azərbaycanlı gözəli belə dincəlir - Fotolar - 28 Mart 2017, 17:14
Qubaya qar yağıb - 28 Mart 2017, 17:06
AFFA-dan Azərbaycan futboluna zərbə: 14 yaşlı uşağa oynamağa icazə vermirlər - 28 Mart 2017, 17:06
Azərbaycanda müəllimənin dəhşətli qətli ilə bağlı YENİ MƏLUMAT - 28 Mart 2017, 16:54
Rayondan gələnlər Bakıda oxuya bilməyəcək? - Şərtlər açıqlandı - 28 Mart 2017, 16:43
Səməni, saxla məni - 28 Mart 2017, 16:42
Özünü öldürən MTN polkovniki barəsində qərar verildi - 28 Mart 2017, 16:32
Lənkəranda qadın müəllim öldürüldü - 28 Mart 2017, 16:27
Ali məktəblərə qəbulun keçid balları açıqlandı - Rəsmi - 28 Mart 2017, 16:17
Nazir Fazil Məmmədov öz müavini ilə quda olur - Toy olacaq… - 28 Mart 2017, 16:03
Podqoritsada “İpək Yolu” festivalı açılıb – FOTOLAR - 28 Mart 2017, 16:03
Azərbaycanlı tələbə erməni müəllimi universitetdən qovdurdu - 28 Mart 2017, 15:56
Bakıda bu da oldu: Translar birləşib yük maşının sürücüsünü döydülər - 28 Mart 2017, 15:45
"Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır" - Prezident - 28 Mart 2017, 15:36
Bakıda uşaqlar arasında kəskin virus yayıldı - 28 Mart 2017, 15:28
Əməkdar artist Firuz Xudaverdiyev vəfat etdi - 28 Mart 2017, 15:20
Azərbaycanda məşhur barın müdiri müştərini döyərək öldürdü - 28 Mart 2017, 15:16
Bayramdan sonrakı ilk hərracda dollar bahalaşdı - 28 Mart 2017, 14:56
Gürcüstanda bayramdır: Bu gündən Avropaya vizasız gedəcəklər - 28 Mart 2017, 14:55
Azərbaycanlı müğənnilərin idarə etdiyi avtomobillər - SİYAHI - 28 Mart 2017, 14:50
İlham Əliyev əmr verdi, iki general istefaya göndərildi - ADLAR - 28 Mart 2017, 14:49
BDU, ADU və Azərbaycan Dövlət Aqrar Universiteti təqaüdləri vermir: Tələbələr əlacsız qalıb - 28 Mart 2017, 14:35
"Məni MTN-ə çağırıb 300 min manat pul tələb etdilər" - 28 Mart 2017, 14:35
Zakir Həsənov yüksək rütbəli hərbçləri istefaya göndərdi - 28 Mart 2017, 14:27
Qənirə Paşayeva itkin düşən gəncdən yazdı: "Hamımızın başına gələ bilər" - 28 Mart 2017, 14:14
Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı - 28 Mart 2017, 14:03
"Garant İnşaat Sənayə" fəaliyyətini genişləndirir - 28 Mart 2017, 13:56
"Nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır" - İlham Əliyev - 28 Mart 2017, 13:53
"Qardaş olmağımızı get anadan soruş" - Polis mayorunu bıçaqlayan şəxs danışdı - 28 Mart 2017, 13:48
Məsut Özil Azərbaycan xalqına təşəkkür etdi: 15 milyonluq səhifəsində - 28 Mart 2017, 13:40
DİN-də yeni təyinat - 28 Mart 2017, 13:38
"Azersun”un ətlə dolu yük maşını yoxa çıxdı - 28 Mart 2017, 13:28
"Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" - Murad Arif - 28 Mart 2017, 13:22
Qəzada yaralanan tələbələrdən xəbər var - 28 Mart 2017, 13:22
Mehman Hüseynovun həbsdən sonra ilk - FOTOSU - 28 Mart 2017, 13:17
Sabah Azərbaycanda 22 dərəcəyədək isti gözlənilir - 28 Mart 2017, 13:10
"Mənim deyilsə, heç kimin olmasın" - Arvadının üzünə "kislota" atdıran kişi - 28 Mart 2017, 13:02
“Mərcan broyler” də Ziya Məmmədovun oğlundan alınır - 28 Mart 2017, 12:59
Bakıda avtobus sürücüsünün özbaşınalığı - Marşrutdan çıxdı, sərnişinləri yola atdı - 28 Mart 2017, 12:58
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10