21:47 Cümə, 15 Dekabr 2017
SOSİAL

Xaləddin İsgəndərovun satdığı ərazidə ağaclar kəsilir - Sakinlər etiraza qalxdı, qarşıdurma yaşandı (VİDEO)

14:23, 10.03.20178767
Xaləddin İsgəndərovun satdığı ərazidə ağaclar kəsilir -  Sakinlər etiraza qalxdı, qarşıdurma yaşandı (VİDEO)

Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal Əliyev küçəsi 41 ünvanında sakinlərlə tikinti şirkəti rəsmiləri arasında qarşıdurma yaşanıb.

Bu barədə AZXEBER.COM-a sakinlər məlumat verib. Onların sözlərinə görə, qarşıdurmaya səbəb "Kristal S” tikinti şirkətinin rəsmilərinin bu ərazidə ağacları kəsərək yerində bina inşa etmək istəməsidir.

Binəqədi Rayon İcra Hakimiyyətinin razılığı ilə satılan ərazinin üzərində çoxlu sayda yaşıllıq olması ilə yanaşı, ərazidə bir neçə mikrorayonu su ilə təmin edən anbar da yerləşir.

Tikintini həyata keçirmək istəyən şirkət rəsmilərinə imkan verməyəcəklərini söyləyən sakinlər bununla yaşıllığın məhv ediləcəyini iddia edirlər. Əraziyə PPX əməkdaşları cəlb edilib.

 

Həmin ərazidən çəkilən videonu təqdim edirik:

0
XƏBƏR LENTİ