Ziya Məmmədovun qardaşı oğlu deputatın xəbərdarlığına məhəl qoymadı: "Çempionat keçirdi" - QALMAQAL

06 Mart 2017, 13:54
AAA
Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Muay tay üzrə 9-cu Azərbaycan çempionatına start verib.
 
AZXEBER.COM xəbər verir ki, yeniyetmələr, gənclər və ustalar arasında keçirilən yarışda 300 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb. Açılış mərasimində çıxış edən federasiya prezidenti Azər Həsənsoy idmançılara uğurlar arzu edib. Sonra yarışın təşkilatçısı, "Best of the Best” promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov iştirakçıları salamlayaraq bu idman növünə olan maraqdan danışıb: "Muay tay dünyada tanınan və sevilən idman növüdür. Bildiyiniz kimi 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib. Muay tay müsabiqədən kənar əlavə edilib. Yəni yoxlanış üçün bizim idmançılar da Tokio-2020-də mübarizə aparacaq. Üstəlik, muay tayın Minskdə baş tutacaq ikinci Avropa Oyunlarında da olacağı gözlənilir. Biz bu idman növünə ikinci nəfəs gətirmək istəyirik. Gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil”.
 
Bu press-relizi mediaya Elnur Məmmədovun yaxın ətrafı verib. Məlumatda 2 diqqətçəkən məqam var: Birincisi Elnur Məmmədov özünü K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi kimi təqdim etməsi, ikinci məqam isə Elnur Məmmədovun "gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil” sözləridir.
 
Belə olan məqamda ortaya sual çıxır. Bəs görəsən bu çempionatın açılışında nəyə görə Azərbaycan K1 Federasiyasından heç kim iştirak etməyib?
 
Qeyd edək ki, analoji hadisə bir müddət öncə də baş vermişdi və Elnur Məmmədov federasiya ilə razılaşmadan yarış keçirmişdi. O zaman federasiyanın prezidenti, millət vəkili Adil Əliyev bu haqda demişdi. Deputat yarışların Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli olduğunu bəyan etmişdi. Adil Əliyev növbəti dəfə bu mövzuya qayıdanda bir qədər də sərt danışmışdı: "Həmin ”K-1″ bankrot olmuş təşkilat idi və pullu adam axtarırdı ki, bunu qaldırsın. Görünür ki, bizim bəzi insanlarımızın da yaxşı imkanı olduğu üçün gedib onlara yaxşı pul təklif ediblər ki, gəlib burada yarış keçirsin. Həmin yarışda Bakıda təşkil olundu. Ancaq bizim xəbərimiz olmadan. Əslində bu yarış Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli idi”. Adil Əliyev daha sonra bildirmişdi: "Bunlar ilk dəfə idi ki, bu yarışı keçirdi və mən də xəbərdarlığımı etdim. Əgər bu yarış ikinci dəfə də təşkil olunsa, o zaman bu məhkəmə predmetinə çevriləcək.
 
Elnur Məmmədov 1 ay öncə keçirdiyi mətbuat konfransında dolayı yolla bu məsələyə toxunmuş və demişdi: "K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi "Best of the Best” promoşn qrupudur. Ancaq bəziləri bizim xəbərimiz olmadan hansısa kiçik yarışlarda döyüşüb, bunu mətbuatda geniş şəkildə işıqlandırırlar. Bəzən mediada medallarını da göstərirlər. Halbuki K-1 döyüşlərində medal olmur. Bildirmək istəyirik ki, K-1-in Azərbaycanda bütün hüquqları "Best of the Best” promoşn qrupuna aiddir. Bu qurumdan xəbərsiz sözügedən brenddən istifadə edənlər məsuliyyət daşıyırlar”.
 
Görünən odur ki, Elnur Məmmədov öz inadından dönmək fikrində deyil və bu çempionatın keçirilməsində əsas məqsəd də K1-də iddiasının qalmasıdır. 
 
Mövzuya yenidən qayıdacağıq. 

Oxunma sayı : 10276

Loading...
SON XƏBƏRLƏR
“Bizim Market” şəbəkəsinin şəriki məhkəmə qarşısında: 2 milyon manatlıq yeyinti - 28 Mart 2017, 17:43
“Qarabağ problemi hər bir türk insanının problemidir” - Qənirə Paşayeva - 28 Mart 2017, 17:41
Sabaha məzənnə açıqlandı - Dollar bahalaşdı - 28 Mart 2017, 17:34
"Seyranın keçmiş həyat yoldaşı ilə yazışmalarım var, ailəsini mən dağıtmamışam" - 28 Mart 2017, 17:28
“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir - 28 Mart 2017, 17:26
“Playboy”un azərbaycanlı gözəli belə dincəlir - Fotolar - 28 Mart 2017, 17:14
Qubaya qar yağıb - 28 Mart 2017, 17:06
AFFA-dan Azərbaycan futboluna zərbə: 14 yaşlı uşağa oynamağa icazə vermirlər - 28 Mart 2017, 17:06
Azərbaycanda müəllimənin dəhşətli qətli ilə bağlı YENİ MƏLUMAT - 28 Mart 2017, 16:54
Rayondan gələnlər Bakıda oxuya bilməyəcək? - Şərtlər açıqlandı - 28 Mart 2017, 16:43
Səməni, saxla məni - 28 Mart 2017, 16:42
Özünü öldürən MTN polkovniki barəsində qərar verildi - 28 Mart 2017, 16:32
Lənkəranda qadın müəllim öldürüldü - 28 Mart 2017, 16:27
Ali məktəblərə qəbulun keçid balları açıqlandı - Rəsmi - 28 Mart 2017, 16:17
Nazir Fazil Məmmədov öz müavini ilə quda olur - Toy olacaq… - 28 Mart 2017, 16:03
Podqoritsada “İpək Yolu” festivalı açılıb – FOTOLAR - 28 Mart 2017, 16:03
Azərbaycanlı tələbə erməni müəllimi universitetdən qovdurdu - 28 Mart 2017, 15:56
Bakıda bu da oldu: Translar birləşib yük maşının sürücüsünü döydülər - 28 Mart 2017, 15:45
"Əhalinin sayı artır, buna görə yeni iş yerləri açılmalıdır" - Prezident - 28 Mart 2017, 15:36
Bakıda uşaqlar arasında kəskin virus yayıldı - 28 Mart 2017, 15:28
Əməkdar artist Firuz Xudaverdiyev vəfat etdi - 28 Mart 2017, 15:20
Azərbaycanda məşhur barın müdiri müştərini döyərək öldürdü - 28 Mart 2017, 15:16
Bayramdan sonrakı ilk hərracda dollar bahalaşdı - 28 Mart 2017, 14:56
Gürcüstanda bayramdır: Bu gündən Avropaya vizasız gedəcəklər - 28 Mart 2017, 14:55
Azərbaycanlı müğənnilərin idarə etdiyi avtomobillər - SİYAHI - 28 Mart 2017, 14:50
İlham Əliyev əmr verdi, iki general istefaya göndərildi - ADLAR - 28 Mart 2017, 14:49
BDU, ADU və Azərbaycan Dövlət Aqrar Universiteti təqaüdləri vermir: Tələbələr əlacsız qalıb - 28 Mart 2017, 14:35
"Məni MTN-ə çağırıb 300 min manat pul tələb etdilər" - 28 Mart 2017, 14:35
Zakir Həsənov yüksək rütbəli hərbçləri istefaya göndərdi - 28 Mart 2017, 14:27
Qənirə Paşayeva itkin düşən gəncdən yazdı: "Hamımızın başına gələ bilər" - 28 Mart 2017, 14:14
Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı - 28 Mart 2017, 14:03
"Garant İnşaat Sənayə" fəaliyyətini genişləndirir - 28 Mart 2017, 13:56
"Nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır" - İlham Əliyev - 28 Mart 2017, 13:53
"Qardaş olmağımızı get anadan soruş" - Polis mayorunu bıçaqlayan şəxs danışdı - 28 Mart 2017, 13:48
Məsut Özil Azərbaycan xalqına təşəkkür etdi: 15 milyonluq səhifəsində - 28 Mart 2017, 13:40
DİN-də yeni təyinat - 28 Mart 2017, 13:38
"Azersun”un ətlə dolu yük maşını yoxa çıxdı - 28 Mart 2017, 13:28
"Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" - Murad Arif - 28 Mart 2017, 13:22
Qəzada yaralanan tələbələrdən xəbər var - 28 Mart 2017, 13:22
Mehman Hüseynovun həbsdən sonra ilk - FOTOSU - 28 Mart 2017, 13:17
Sabah Azərbaycanda 22 dərəcəyədək isti gözlənilir - 28 Mart 2017, 13:10
"Mənim deyilsə, heç kimin olmasın" - Arvadının üzünə "kislota" atdıran kişi - 28 Mart 2017, 13:02
“Mərcan broyler” də Ziya Məmmədovun oğlundan alınır - 28 Mart 2017, 12:59
Bakıda avtobus sürücüsünün özbaşınalığı - Marşrutdan çıxdı, sərnişinləri yola atdı - 28 Mart 2017, 12:58
İslam Oyunlarında tibbi yardım göstərəcək xəstəxanalar müəyyənləşdi - 28 Mart 2017, 12:49
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10