Axtarış

09 Yanvar, 2012 23:25

rss

facebook

twitter

| ANA SƏHİFƏ | SİYASƏT | İQTİSADİYYAT | SOSİAL | İDMAN | MƏDƏNİYYƏT | GƏNCLİK | ƏDƏBİYYAT | DÜNYA | MEDİA | MAQAZİN | REKLAM | HAQQIMIZDA |
Rəqsanə ilə keçmiş prodüseri ANS-in canlı efirində qırğına çıxdı
09.01.2012 15:32

Populyar müğənni Rəqsanə ilə keçmiş prodüseri Təranə Səmədova arasında qalmaqal davam edir

AZXEBER.COM Day.az-a istinadən xəbər verir ki, bu dəfə onlar yerli telekanallardan birinin canlı efirində qarşı-qarşıya gəliblər. Rəqsanə keçmiş prodüserini qızı Aysunun telefon nömrəsi və şəkillərini yaymaqda ittiham edib.

"Mən hər dəfə ekranlara qalmaqalla, şəxsi həyatımla çıxmaq istəmirəm. Amma bu, məndən asılı olmayan səbəblərdən baş verir. Açığı, artıq bu insanların adını çəkmək istəmirəm. Onlardan iyrənirəm. O, mənim haqqımda danışa bilər. Amma övladım haqda yox! Artıq hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Lakin müraciətimə baxmırlar", - deyə Rəqsanə qeyd edib.

İfaçı fikrini belə davam etdirib: "Başa düşmürəm, bu insanların əlindən Azərbaycanı tərk etməliyəm? Öz evimdə də rahat yaşaya bilmirəm. İndi qızım Aysuya keçiblər. Odnoklassniki.ru saytında Aysun Namazova adıyla qeydiyyatdan keçib oraya qızımın fotolarını yerləşdiriblər. Uşağın cəmi 13 yaşı var. Bu şəkillər yalnız Təranədə var idi və bunları edən odur. Saytda müxtəlif kişilərə dostluq göndərir və onlara bizim nömrələrimizi paylayırlar. Artıq nömrə dəyişməkdən bezmişəm. Bunu Təranənin etdiyini dəqiq deyə bilmərəm. Ola bilsin ki, sadəcə, Aysunun şəkillərini kimlərəsə verib".

Şərhlər

Ad ve Soyadınız
e-mail
Şərhiniz
aşağıya soldakı kodu yazın
digər xəbərlər
- Əfsanəvi gözəl meydana çıxdı – FOTOSESSİYA
- Paris Hilton Türkiyənin ən yaraşıqlı kişisinin adını açıqladı (FOTO)
- Aygün Kazımovanın "Səssiz sinema"sında siz də baxın (VİDEO)
- Eurovision təmsilçilərimiz məşqdə -VİDEO
- Tanınmış müğənni oğlunun boşandığını etiraf etdi
- Rihannanın pərəstişkarlarının sayı 40 milyonu keçib
- Müğənni Ruhi özünü jurnalistlərdən necə siğortaladı?
- İbrahim Tatlısəs özünə şahanə toy çaldıracaq
- Dövlət Sosial Müdafiə Fondu şou-biznes məşhurlarını məhkəməyə verib
- Tanınmış azərbaycanlı müğənni 13 ildən sonra ikinci dəfə ana olmağa hazırlaşır

Bütün Müəllif hüquqları Qorunur! © 2010. Azxeber.com Fərqli Xəbərin Ünvanı