|
11.01.2012 14:00
Xəbər verdiyimiz kimi müğənni Rəqsanə keçmiş prodüseri Təranə Səmədovanı kəskin ittiham edib. Rəqsanə keçmiş prodüserini qızı Aysunun telefon nömrəsi və şəkillərini internetdə yaymaqda günahlandırır. AZXEBER.COM portalı bu və digər məsələlərlə bağlı Təranə Səmədovadan müsahibə alıb. Müsahibəni təqdim edirik. - Təranə xanım, Rəksanə ilə aranızdakı problemlər nə zamandan
başlayıb? Çünki bu söhbətlər Rəqsanəylə qəzaya düşmənizdən sonra daha da
alovlandı...
- Həmişə bu problemlərin təməlini qoyan məhz Rəqsanə olub. Bütün
problemlər Rəqsanənin həyata gəlməsi ilə başlayıb. O, hər bir yalana, saxtakarlığa,
dələduzluğa əl atan bir insan olub. Rəqsanə özünə heç bir zaman hörmət qoymayıb.
O, hər zaman öz populyarlığından istifadə edərək çirkin əməllərə əl atıb.
- Sizin əvvəlcədən onun necə bir insan olması ilə bağlı
məlumatınız yox idi? Əgər dediyiniz kimi çirkin insan idisə, niyə onunla
işbirliyi qururdunuz?
- Yox, bu dərəcədə bir insan olması ilə bağlı məlumatım yox idi. Müəyyən
vaxt keçəndən sonra anladım ki, ümumiyyətlə bu
insan “insan“ adına layiq deyil. Ümumiyyətlə, bu insanın
anası-bacısı tutulanda və bu insan efirlərə
çıxıb “yox,bu yalandı, mənə şər, böhtan atırlar “ deyəndə mən kadr arxası onun
necə saxtakar olduğunu anlayırdım .Əslində isə Rəqsanənin bacısı həqiqətən məlum
işə görə həbsə atılmışdı.Özünün də bir çox insanlara borcu olduğunu bilirdim, min-bir yalanla o insanların pulunu geri qaytarmaqdan yayındığını da bilirdim, amma mənə qarşı da bu cür dələduzluq edəcəyini düşünmürdüm, başqasının mülkünü mənə özününkü kimi təqdim edib, müqabilində mənim pullarımı mənimsəyəcəyini ağlıma belə gətirməzdim.
- Rəqsanənin verdiyi
açıqlamaya görə, onun qızı Aysunun şəkillərini internetə siz yaymısınız. Bu məsələ
ilə bağlı nə deyə bilərsiniz?
- Ən dəhşətlisi odur ki, Rəqsanə öz çirkin oyunlarına qızını da qatır. Aysun da hətta deyib ki, guya onun şəkillərini mən çəkmişəm. Əslində isə bu il ərzində isə o ailənin iki yas mərasimi olub. Mən iştirak etdiyim yas mərasimi onun xalası rəhmətə gedəndə olub. Aysunun bu şəkilləri isə aprel-may ayında Rəqsanənin nənəsinin yas mərasimi vaxtı olub. Daha sonra isə Aysun bu şəkilləri Samir adlı bir oğlana göndərib. Həmin oğlan da artıq mənə telefon açıb adını hallandırmamağımı xahiş edib.
- Aysunun hazırda odnoklasniki profilində 1200-ə yaxın dostu var. Ümumiyyətlə,
bu profil nə vaxtdan yaradılıb? Çünki 2 gün ərzində 1200 dost yığmaq real
görünmür...
- Profilin əvvəldən mövcud olub-olmaması ilə bağlı məlumatım yoxdur, ancaq
onu deyim ki, Aysun internetin aktiv istifadəçilərindəndir və sosial şəbəkələrin
çoxunda qeydiyyatdan keçib.
- Yəqin məlumatınız var ki, profildə statusa əxlaqsız sözlər yazılıb. Sizcə
bunu kim edə bilər?
- Bu insan 3 il əvvəl efirlərdə yalandan deyib ki,”mənim ekiz övladım
olub və biri ölüb”. Bu o deməkdir ki, bu insan üçün müqəddəs bir şey yoxdur.
Buna görə də deyə bilərəm ki, Rəqsanə 13 yaşlı qızını belə qurban verməyə hazırdır.
Ola bilsin ki, o statusu özü yerləşdirib. Amma o da ola bilər ki, bunu Rəqsanənin
düşmənləri edib. Çünki bu adamın düşməni çoxdur.
- Siz də Rəqsanənin düşmənlərindənsiz?
- Mən Rəqsanənin düşməni deyiləm.O, məni özünə düşmən bilir. O insan
efirlərdə deyir ki, Təranə mənim haqda belə dedi, elə dedi. Əksinə, Təranə sənin
bir çox səhvlərini, çirkablarını ört-basdır etdi. Bunu mən Rəqsanəyə görə yox, özümə
hörmət etdiyinə görə edirəm. Rəqsanənin elə çirkin əməllləri var ki, onları açıqlasam
sən rüsvay olar.
-Sizcə onlar özləri odnoklassnikdə belə bir şey yerləşdirə bilərlərmi?
- 100 faiz bunu da edə bilərlər. Çünki o insanda heç bir müqəddəs
hiss yoxdur. Bir şey ki, bu insanın bacısı, anası, özü insan alverinə qarşı
saxlanılıblar. Övlad dünyaya gətirib və
deyib ki , bu uşağın atası kimdirsə ona
mükafat verəcəyəm və s. Belə bir insan üçün müqəddəs anlayışlar yoxdur.
-Rəqsanənin qızı Aysunun qaçırılması haqda olan xəbərlərlə bağlı nə
deyə bilərsiniz? Aysun yetkinlik yaşına çatmadığına görə, onun qaçırlması cinayət
sayılır.
- Yetkinlik yaşına çatmayan qız öz istəyi ilə qaçıb. Əgər öz
valideyini buna görə utanmırsa, bunu fəxrlə deyirsə onda nə etmək olar. Amma bu
faktdır ki, qızı 3 günə yaxın qaçıb. Bu vaxt ərzində mühafizə orqanlarının
bundan xəbəri olub. Onlar etika xatirinə susublar. Mən heç kimin qızına şər
atmaram. Bir daha deyirem mən yas mərasimində Aysunun o şəkillərini çəkməmişəm,
çünki o yas mərasimində ümumiyyətlə olmamışam. Sadəcə Rəqsanənin qohumları küçədə
qalmasınlar deyə mən onları maşınıma
mindirib evlərinə aparmışam.
- Təranə xanım, Rəqsanəylə Azayev qardaşlarının münasibəti niyə pozulub? - Sözügedən iki qardaşdan biri olan Faiqə məxsus “Mercedes Galenvagen” markalı avtomobili aşırdaraq yararsız hala gətirib. Faiq Rəqsanəyə o avtomobili rəsmən satsa da, pulunu hələ də ala bilməyib. Ancaq indi heç avtomobil də yoxdur. Çünki o qadın yol qəzasında maşını yararsız hala salıb. İndi qardaşlar avtomobilin pulunu istəyirlər. Rəqsanə isə bunun adını hədələmək qoyub. O qadın üzərinə düşən hər şeydən boyun qaçırır. O sadəcə “qabaqdan gəlmişdik” edir. Çünki qardaşlar özləri Prokrorluğa şikayət ediblər. Camaat pulunu tələb edir. Bir də ki, Rəqsanənin Faiqə borcu tək bu avtomobillə bitmir. Onun digər borcları da var Faiqə. Onun “qondarma” şikayətlərinə heç kim inanmaz. Çünki bütün Azərbaycan onun necə fırıldaqçı qadın olduğunu gözəl bilir. -Prodüser Tolik qeyd edib ki, siz 6 ay sonra yenidən barışacaqsız. Sizcə
bu mümkündürmü?
- İlk dəfə dava edəndə Rəqsanə özü gəlib mənimlə barışdı. Bəli, mən
bir dəfə səhv etdim amma heç vaxt ikinci dəfə səhv etmərəm.
- Bəs bundan sonra hansı müğənnilərlə birgə iş görməyi
planlaşdırırsınız?
- Ən dəhşətlisi odur ki, mən
bir müddət əvvəl işləməyi planlaşdırdığım insanlardan uzaq duracağam. Çünki istəmirəm
ki, onların adı bu çirkin məsələdə hallansın. Ümumiyyətlə, bir müddət
şou-biznesdən uzaq duracağam
- Elə müğənni varmı ki, onlarla heç vaxt işləməzsiniz? Varsa adlarını
açıqlayardız...
-Var. Ancaq adları açıqlaya bilmərəm.
- Son olaraq AZXEBER.COM vasitəsilə
bu məsələdə sizin lehinizə və əleyhinizə çıxanlara nə demək istərdiz?
- Sonda bir söz deyəcəm.: Yalan ayaq tutar ancaq yeriməz.
Hacıbəy HEYDƏRLİ
|