|
27.01.2012 00:14
Görüşdə iki ölkə arasında enerji sektorunda əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər müzakirə edilib
AZXEBER.COM-un məlumatına görə, bu gün Davosda Azərbaycan
prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. Görüşdə
Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər
sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sektorunda əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın
olduğu bildirilən görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da
inkişaf edəcəyinə əminlik ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin
və görüşlərin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyəti qeyd
edilib.
|