Axtarış

27 Yanvar, 2012 13:15

rss

facebook

twitter

| ANA SƏHİFƏ | SİYASƏT | İQTİSADİYYAT | SOSİAL | İDMAN | MƏDƏNİYYƏT | GƏNCLİK | ƏDƏBİYYAT | DÜNYA | MEDİA | MAQAZİN | REKLAM | HAQQIMIZDA |
Klintondan sərt açıqlama: “Fransanın yolu ilə getməyəcəyik.”
27.01.2012 10:45

ABŞ Fransa kimi qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməyəcək.

AZXEBER.COMun CNN-ə istinadən verdiyi məlumata görə, dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə deyib ki, ABŞ bu məsələdə Fransanın yolu ilə getməyəcək.
Hillari Klinton bildirib ki, “düşüncə və bəyanata görə cinayət məsuliyyətinin olmaması ABŞ-ın ən güclü tərəfidir. İnsanlar ABŞ-da nə istəsə danışa bilərlər və buna görə bizim ölkədə insanlara heç nə etmirlər. Başqa ölkələrdə, o cümlədən Fransa kimi yaxın dostlarımız və müttəfiqlərimizdə isə başqa standartlar var. Ancaq mən ümid edirəm ki, biz heç vaxt ifadəyə görə cinayət məsuliyyətinin tətbiq edilməsi yolu ilə getməyəcəyik”.

 Hillari Klinton erməni soyqırımının tanınması, yaxud tanınmaması ətrafında müzakirələrin isə siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətin tarixi mübahisələrlə bağlı qərar verməsi təhlükəli nəticələrə yol aça bilər. 


Şərhlər

Ad ve Soyadınız
e-mail
Şərhiniz
aşağıya soldakı kodu yazın
digər xəbərlər
- Səfər Əbiyev səfirlə görüşdü
- Prezidenti İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin tikintisinə 5 mln manat ayırıb
- Metyu Brayza: “Azərbaycan hökumətinin liberal islahatlarını dəstəkləyirik” – MÜSAHİBƏ
- Nazirlik açıqlama verdi: 1 milyon yeni iş yeri açılıb, orta əmək haqqı 350 manatı ötüb, yoxsulluq 9 faizədək enib
- NATO baş katibi: «Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlığa çox böyük önəm veririk»
- Ermənistan ordusunda qan su yerinə axır
- DİN: “Ayaz Mütəllibovun qayıtmaqla bağlı rəsmi müraciəti daxil olmayıb”
- Eks-prezident Ayaz Mütəllibov bu gecə Bakıya gəlir
- Prezident ölümdən döndü
- "Ərəb baharı" ABŞ-da: 129 nümayişçi həbs edildi

Bütün Müəllif hüquqları Qorunur! © 2010. Azxeber.com Fərqli Xəbərin Ünvanı