|
|
27.01.2012 11:10
Avropa
Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri
Jozef Debono Qrex və Pedro Aqramuntun ölkəmizə səfərinin proqramı açıqlanıb.
APA-nın
AŞPA mətbuat xidmətinin məlumatına istinadən yaydığı xəbərə görə həmməruzəçilər
yanvarın 31-dən fevralın 2-dək davam edəcək səfər çərçivəsində Azərbaycan
prezidenti İlham Əliyev, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, AŞPA-da Azərbaycan nümayəndə
heyətinin üzvləri, siyasi partiyaların təmsilçiləri, QHT və media nümayəndələri
ilə görüşəcək.Qubaya
səfər edəcək həmməruzəçilərin yerli QHT-lərlə görüşləri planlaşdırılır. Jozef
Debono Qrex və Pedro Aqramunt səfərin yekunlarına həsr olunmuş mətbuat
konfransı keçirəcəklər.
|