Axtarış

27 Yanvar, 2012 14:05

rss

facebook

twitter

| ANA SƏHİFƏ | SİYASƏT | İQTİSADİYYAT | SOSİAL | İDMAN | MƏDƏNİYYƏT | GƏNCLİK | ƏDƏBİYYAT | DÜNYA | MEDİA | MAQAZİN | REKLAM | HAQQIMIZDA |
Azərbaycanda şaxtalı və qarlı hava yanvarın sonunadək davam edəcək
27.01.2012 12:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında bu gün axşam və sabah gün ərzində arabir qar yağacaq. Şimal-qərb küləyinin saniyədə 15-20, bəzi ərazilərdə 23-28 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu yanvarın 28-i və 29-da gecə və gündüz saatlarında eyni olacaq və 1-5 dərəcə şaxta təşkil edəcək. Şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar ölkə ərazində və paytaxtda yollar buz bağlayacaq. Yanvarın 29-da gündüz saatlarında küləyin mülayimləşməsi gözlənilir. Yanvarın 30-a keçən gecə paytaxtda havanın temperaturu mənfi 7 dərəcəyədək enəcək.
U. Tağıyeva deyib ki, yanvarın 29-u və 30-da günün birinci yarısında respublikanın bəzi rayonlarında yağıntılarda qısa fasilə yaranacaq. Lakin şaxtalı hava şəraiti bu ayın sonunadək davam edəcək. Yanvarın 31-də bu günlərə nisbətən havanın temperaturu müsbət 2 dərəcəyədək yüksələcək. Buna baxmayaraq, yanvarın 31-də də havanın fasilələrlə yağıntılı olacağı, yağıntıların əsasən sulu qar şəklində düşəcəyi gözlənilir. Ümumilikdə, fevral ayının ilk günlərində də soyuq anomaliya davam edəcək.
U. Tağıyevanın sözlərinə görə, hazırda Zaqatala-Şəki bölgəsində qar örtüyünün hündürlüyü 12, Altıağacda 13, Şahbuzda 11, Qubada 18, Lerikdə 28, Rvarudda 60, Sarıbaşda 45 sm təşkil edir. Böyük Qafqazın rayonlarında gecə saatlarında 8-11 dərəcə şaxta müşahidə olunub. Hazırda qar yağmaqda davam edir və axşama yaxın havanın daha da kəskinləşəcəyi gözlənilir.

Şərhlər

Ad ve Soyadınız
e-mail
Şərhiniz
aşağıya soldakı kodu yazın
digər xəbərlər
- Bakının mərkəzində görünməmiş hadisə (FOTO)
- Azərbaycanda qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev ömürlük azadlıqdan məhrum edilib
- Bakıda daha bir şirniyyat mağazası cəzalandı
- Misir Mərdanov Məleykə Abbaszadəyə: "Bu məsələləri şouya çevirməyə ehtiyac yoxdur"
- Bakıda sürücülər təşviş içindədir (FOTO)
- Təbrizdə böyük şənlik oldu, polis gözyaşardıcı qazdan istifadə etdi, tutulanlar var (VİDEO)
- “Facebook” videoçat xidmətini istifadəyə verdi
- FHN-in xüsusi xilasedici dəstəsi Van bölgəsinə yollandı
- 100 min manat həcmində kredit götürən dəstə ifşa edildi
- Bakıda kriminal avtoritetlər qəbiristanlıqda atışdı: ölən var

Bütün Müəllif hüquqları Qorunur! © 2010. Azxeber.com Fərqli Xəbərin Ünvanı