|
27.01.2012 17:57
Son dövrlər xanımların istifadə etdikləri
kosmetik məhsulların keyfiyyəti ilə bağlı redaksiyamıza çoxsaylı oxucu məktubları gəlir. Oxucularımızdan Nərmin Əliyeva redaksiyamıza ünvanladığı məktubda
kosmetik məhsulların keyfiyyəti ilə bağlı narahatçılığını bildirib: “Mən 1
ildir ki, eyni kosmetik vasitələrindən istifadə
edirəm. Məni narahat edən məsələ isə istifadə etdiyim məhsulların müddətidir.
Bilmək istərdim ki, eyni kosmetik vasitələri 1 ildən çox istifadə etmək olarmı?
Çünki kosmetoloqlar tərəfindən hələ bu barədə bir açıqlama eşitməmişəm. Bu
vasitələri neçə aydan bir dəyişmək lazımdır?”
Məsələ ilə bağlı AZXEBER.COM portalı tanınmış
kosmetoloq Nigar İbrahimovadan müsahibə alıb.
- Nigar xanım, kosmetik vasitələrdən düzgün
istifadə hansı şəkildə olmalıdır?
-Ümumiyyətlə, tonal krem, pudra, tuş, dodaq
boyası kimi kosmetik vasitələri heç
olmasa 6 aydan bir dəyişmək lazımdır. Bəzi markalar vardır ki, onlar hətta alındıqdan 2 ay sonra pis qoxu yaradır. Bu
vəziyyətdə həmin vasitədən istifadə etmək olmaz. Əsas diqqət edilməli məsələlərdən
biri də başqalarının tuş, blesk və ya ənliyindən istifadə etmək olmaz. Bu yolla
hər hansı bir xəstəliyi özümüzdə bilmədən yaya bilərik. Tuşdan göz kipriklərinə
istifadə zamanı tuşun qapağını yaxşı bağlamaq vacibdir. Alındıqdan 2 ay sonra təzə
dəmlənmiş çaydan 2 damcı götürüb tuşa damlatmaq lazımdır. Bu zaman həm tuşdakı
quruluğun, həm də mikrobların çoxalmasının qarşısını almış olacağıq.
Göz qələmlərindən isə hər bir xanım individual olaraq istifadə
etməlidir. Baxmayaraq ki, qələmin ucu hələ təzə təmizlənib və itidir. Hər
istifadədən sonra bir daha qələmin ucunu təmizləmək lazımdır.
Pudrayla bağlı məsləhətim ondan ibarətdir
ki, bu kosmetik vasitədən çox istifadə olunmasa daha yaxşı olar. Çünki pudra
insanın üz dərisini qurudur.
Tonal kremlər isə son zamanlar xanımlarda daha çox problemə
çevrilib. Belə ki , istənilən markanın tonal kremindetən istifadə etmək olmaz. Həmçinin,
tonal krem üzün böyük bir hissəsinə çəkildiyi üçün xanımlar əsasən bu vasitədən
doğru –düzgün istifadə etməyə çalışırlar. Həm də onu deyim ki, bu onlarda
yaxşı alınmır.
- Nigar xanım, tonal kremlərin istifadəsi ilə bağlı müxtəlif fikirlər səslənir.
Siz bu barədə nə deyə bilərsiniz?
-Əvvəlcə
üzə neytral baza vurulmalıdır. Daha sonra tonal kremdən istifadə etmək olar. Ümumiyyətlə
yaxşı olar ki, xanımlar üz dərisindən 1 ton açıq olan tonal kremdən istifadə
etsinlər.Çünki üzdə qaldıqca o tündləşir. Həftədə heç olmasa 1 dəfə nəmləndirici,
qidalandırıcı maskalardan istifadə etmək lazımdır.
- Hansı markaları xanımlara məsləhət
görmürsünüz?
-“Pupa”, “Jade”, “Pastel”, “Maybelline” kimi
markaların kosmetik vasitələrini
xanımlara məsləhət görmürəm. Xüsusən üz dəriləri həssas olan xanımlar bu
vasitələrdən istifadə ediblərsə mənimlə tam razılaşacaqlar. Həmçinin, xanımlara
bir xoş xəbər də verim ki, artıq keyfiyyətli məhsullarla daha asan təmin ediləcəklər.
- Nigar xanım, bir kosmetoloq kimi, hansısa
bir dünyaca məşhur brendi Azərbaycana gətirməyi düşünürsünüzmü?
- Hazırda danışıqlar başa çatmasa da onu
deyim ki, Azərbaycanda ilk böyük “MAC”, “Make Up For Ever”, “Kryolan” kosmetik
vasitələrinin satışını həyata keçirəcək mağazanın açılmasına çalışıram. Güman
ki, bu işdə xanımlar da bizim qədər maraqlı olacaqlar.
Gülnarə BAYRAMOVA
|