|
28.01.2012 00:31
Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik
yubileyi keçirilib.
AZXEBER.COM
xəbər verir ki, "Azadlıq" radiosunun məlumatına görə, tədbirdə
şair İlyas Tapdığın həyat yoldaşı Münəvvər Əli qızı Tapdıqova da çıxış edib.
Çıxış zamanı onun səhhəti kəskin pisləşib. Təcili Tibbi Yardım xidmətinə
müraciət olunub.
Yazıçılar Birliyindən əldə etdiyimiz məlumata görə Təcili Tibbi Yardım
Xidmətinin həkimləri hadisə yerinə gələndə Nünəvvər Tapdıqova artıq
dünyasını dəyişibmiş.
Allah rəhmət eləsin!
|