Axtarış

24 Mart, 2012 10:37

rss

facebook

twitter

| ANA SƏHİFƏ | SİYASƏT | İQTİSADİYYAT | SOSİAL | İDMAN | MƏDƏNİYYƏT | GƏNCLİK | ƏDƏBİYYAT | DÜNYA | MEDİA | MAQAZİN | REKLAM | HAQQIMIZDA |
Budapeştdə Azərbaycan Mədəniyyəti Günü keçirildi
23.02.2012 05:00

Fevralın 21-də Macarıstan paytaxtındakı ELTE Universitetinin Böyük konfrans salonunda “Azərbaycan mədəniyyətinin elmi təqdimatı” mövzusunda Azərbaycan Mədəniyyəti Günü keçirilmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil edilmiş tədbirin başlanmasından əvvəl Universitetin rəhbərliyi Azərbaycandan gəlmiş nümayəndə heyətini qəbul etmişdir. Görüşdə iki ölkə arasında əməkdaşlıq və mədəni mübadilə, habelə perspektivdə universitetin nəzdində “Azərbaycan mədəniyyəti” şöbəsi yaradılması məsələləri müzakirə edilmişdir.

 Sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Asif Usubəliyev “Azərbaycanda mədəni siyasətin strateji perspektivləri”, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə “Beynəlxalq elmi əməkdaşlıq və Azərbaycanda ictimai elmlərin inkişafı”, Azərbaycan Milli Konservatoriyasının dosenti İlham Nəcəfov “Azərbaycanın musiqi mədəniyyəti” mövzusunda məruzə və mühazirələrlə universitetin professor-müəllim heyəti və qonaqlar qarşısında çıxış etmişlər. //azertac

Şərhlər

Ad ve Soyadınız
e-mail
Şərhiniz
aşağıya soldakı kodu yazın
50.63.
digər xəbərlər
- Bakı Metropolitenində bədbəxt hadisə, qatarlar dayandı
- Bakıda ABŞ və Böyük Britaniya vətəndaşları döyülüb
- Dövlət xəstəxanalarında əhaliyə verilməli olan dərmanların adları - SİTAHI
- ŞOK! Gəlinlə bəy toylarına bir neçə saat qalmış intihar etdilər
- Əcnəbilərlə evlənən Azərbaycanlı qadınların sayı artıb - STATİSTİKA
- Ramil Səfərova həsr edilmiş sayt birinci oldu MİLLİNET- QALİBLƏR
- Novruz haqqında bilmədiklərimizi bilək
- Sumqayıtda 25 yaşlı oğlan küçənin ortasında öldürüldü
- Bakıda beton qırıntılarının içərisindən çürümüş meyit tapıldı
- Bakıda avtomobil avtobus dayanacağına "girdi" - FOTO

Bütün Müəllif hüquqları Qorunur! © 2010. Azxeber.com Fərqli Xəbərin Ünvanı